Haqqımızda

                                                                            

 

  Son  illərdə Azərbayc anın siyasi, iqtisadi həyatında, xüsusən də sahibkarlıq mühitində böyük uğur və irəliləyişlər özünü göstər məkdədir. Azərbaycanda sahibkarlığın bir çox sahələrinin fəaliyyət dairəsi genişlənmiş, özünün yüksək inkişaf mərhələsinə çatmışdır. Ölkədə sahibkarlığın artan s ürətlə inkişafı dövlət başçısının yeritdiyi iqtisadi siyasət strategiyasının istiqamətlərindəndir.  Respublikamızda sahibkarlığın inkişafı üçün yaradılan geniş i mkanlardan səm ərəli istifadə edən “Samu ray” firması bu gün Azərbaycan bazarını yüksək keyfiyyətli polimer məhsullarla təmin edən qabaqcıl firmalardan biridir.

    “Samuray” firması 30 sentyabr 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Öz fəaliyyəti dövründə firma bir sıra uğurlara imza atmışdır. Bunlardan aşağıdakıları xüsusi qeyd etmək olar:  

1)      30 sentyabr 2005-ci ildə Azərbaycan Respublikası gənclərinin IV forumu ilə əlaqədar keçirilən Bakı şəhəri gənclərinin zona toplantısında fəal iştirakına və Biznes sahəsindəki uğurlarına görə Bakı Şəhər Gənclər, İdman və Turizm Baş İdarəsi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.    

2)      31 may 2007-ci ildə gənc sahibkarların II ümumrespublika sərgisində iştirakına görə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Şəhadətnamə ilə təltif edilmişdir. “Samuray” firması bir sıra məşhur un məmulatları, şirə, şirniyyat və şokolad istehsal edən firmalar, quşçuluq fabrikləri, geyim, parfümeriya və ofis ləvazimatları mağazaları ilə əməkdaşlıq edir.  

     Bundan əlavə, öz fəaliyyəti dövründə “Samuray” firması Sumqayıtda keçirilən bir sıra dövlət əhəmiyyətli təbdir, sərgi, konfranslarda, doğma şəhərimizin abadlaşdırılmasında hər zaman yaxından iştirak etmişdir.

    Avadanlıq, mətbəə makinaları, ekstrüderlər, kəsmə və qaynaqetmə makinalarımız Türkiyə, İtaliya və Tayvan istehsallı olub, yüksək keyfiyyətli məhsul istehsalını təmin edir.

    “Samuray” firması istehsalat sahəsində ekolji təmizliyi önə çəkən qabaqcıl texnologiyalardan istifadə edir. Bütün məhsullar uyğunluq və gigiyenik sertifikatların tələblərinə uyğun olaraq istehsal edilir. Bizim devizimiz keyfiyyətli və təmiz məhsul istehsal etməkdir!

 

“Samuray” firmasının direktoru

Əhmədov İlqar Mahmud oğlu